Yer kürəsində maqnit qasırğası gücləndi

Dünya

02.01.2025 09:42

Yerdəki maqnit qasırğası güclənərək G3 səviyyəsinə çatıb.  

TodayPress xəbər verir ki, bu barədə “TASS” yazıb.  

Qeyd olunub ki, bu səviyyə maqnit sahəsinin yüksək dərəcədə pozulduğunu göstərir.

G3 səviyyəsi, həmçinin enerji sistemlərində nasazlıqlara səbəb ola bilər. Təhlükəsizlik cihazlarında yanlış siqnallar, yağa batırılmış transformatorların həddindən artıq istiləşməsinə və peyk, radio rabitəsində də pozuntulara gətirib çıxara bilər.  

Bundan əlavə, maqnit qasırğası orta enliklərdə auroralara səbəb ola bilər. Tipik olaraq bu fenomen daha çox şimal bölgələrində görünəcək.  

Günəş Mərd

tag: Yer, Maqnit, Qasırğa, Peyk, todaypress.az,