Yeni Zelandiyanın yeni kraliçası

Dünya

06.09.2024 14:14

Yeni Zelandiyada Maori ağsaqqalları öz xalqları üçün yeni kraliça seçiblər.

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

Yeni monarx avqustun 30-da vəfat edən kral Tuheitia Pakinin qızı 27 yaşlı Nqa Pakidir. Əvvəlki hökmdarla qohum olmasına baxmayaraq, yeni kraliça ənənəvi olaraq Maori ağsaqqallarından ibarət şura tərəfindən seçilib. Tuheitia Pakinin iki oğlu da namizəd olub. 

Xatırladaq ki, Maori kral hərəkatı 1850-ci illərdə başlayıb. Bu, müstəmləkəçiliyə müqavimət göstərmək və Maori mədəniyyətini və torpaqlarını qorumaq üçün nəzərdə tutulub. Maori kralının real gücü olmasa da, xalqın mühüm simvolik və mənəvi fiquru hesab olunur. 

Töhfə Səməd

tag: Yeni Zenlandiya, Maori,Tuheitia Paki,Kral Hərəkatı ,Simvol, todaypress.az,