Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya
24.09.2024 09:11
Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Ukraynada Zaporojye Atom Elektrik Stansiyasına Rusiya tərəfindən davam edən hücum nüvə təhlükəsizliyini təhdid edir. Yeni Zelandiya yenidən Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasının işğalına son qoymağa və dərhal Ukrayna ərazisindən çıxmağa çağırır” deyə Peters açıqlayıb.
Peters, həmçinin əlavə edib ki, Belarus subyektlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Rusiyanın hərəkətlərini dəstəkləyənləri məsuliyyətə cəlb etməyə yönəlmiş beynəlxalq tərəfdaşlarla birgə səylərin bir hissəsidir.
Nazir vurğulayıb ki, yeni sanksiyalar paketinə beş fiziki və altı hüquqi şəxsə qarşı tədbirlər daxildir.
Qeyd edək ki, 2024-cü ilin may ayında Yeni Zelandiya 27 Rusiya vətəndaşına, o cümlədən 10 rus şirkətinə qarşı sanksiya tətbiq edib.
Günəş Mərd
tag: Rusiya ,Yeni Zenlandiya, Atom Elektrik Stansiyası ,Belarus ,Peters ,todaypress.az,