Yeni Zelandiya İranın 4 şirkətini qara siyahıya saldı
Dünya
12.07.2024 11:20
Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters Ukrayna müharibəsində Rusiyanın istifadəsi üçün dron istehsal və tədarük edən İran hökumətinə bağlı şəxslərə və qurumlara sanksiyanın tətbiqi barədə bəyanat yayıb.
TodayPress İran mediasına istinadən xəbər verir ki, məlumata görə, bəyanatda İrana bağlı üç şəxsin və dörd qurumun adı çəkilir.
Bildirilib ki, İranın “Bonyan-e Daneş-e Şərq” şirkətinin iki yüksək vəzifəli işçisi Abbas Əbdi Əscerd və Seyid Mohsen Vəhhabzadə Muqəddəm, o cümlədən alim və “Şekad Sənət Asmari” şirkətinin keçmiş baş direktoru Ehsan Rahət Vərnusfadarani sanksiya siyahısına salınıb.
Qeyd olunub ki, “Əlvənd Motor Sənayesi” şirkəti, “Bonyan-e Daneş-e Şərq”, “Aseman Şərif” və “Səəd Saze Fəraz Şərif” şirkətləri dron istehsalı sahəsində fəaliyyətlərinə görə sanksiyalara məruz qalıb.
Günəş Mərd
tag: İran, Yeni Zenlandiya,Uinston Piters, Ukrayna, Şirkət, todaypress.az,