Yeni seçilən Baş Nazir istefa verdi
Dünya
05.06.2024 17:34
Hindistanın Baş naziri Narendra Modi yeni hökumət qurmaq üçün istefa verib.
TodayPress xəbər verir ki, bununla bağlı “X” da məlumat verilib. Modinin istefa ərizəsini Hindistan prezidenti Droupadi Murmuya təqdim etdiyi bildirilib.
Qeyd edək ki, Hindistanda təxminən 6 həftə davam edən 7 mərhələdən ibarət ümumi seçkilərdə Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) liderliyi ilə qurulan Milli Demokratik Alyans (NDA) qalib gəlib.
Günəş Mərd
tag: Baş Nazir, Hindistan, Dünya, Narendra Modi, todaypress.az,