Yeni Roma Papasının kimliyi məlum oldu - YENİLƏNDİ
Yeni seçilən Roma Papasının kimliyi məlum olub.
TodayPress BBC-yə istinadən xəbər verir ki, 267-ci Papa ABŞ-dən olan Robert Francis Prevostdur.
Qeyd edək ki, o, ABŞ-dən seçilən ilk Papadır.
Yeni Papa Vatikanda eyvana çıxaraq ictimaiyyəti salamlayıb.
O, XIV Lev adını qəbul eləyib.
***
20:25
Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.
TodayPress xəbər verir ki, Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.
Bu o deməkdir ki, səsvermə prosesi başa çatıb və kardinallar Papa Fransiskin varisini seçiblər.
Hələlik kimin seçildiyi məlum deyil.
Qiymət Mahir
tag: Vatikan,Papa,Roma,Seçim,todaypress.az,