Yeni qırıcılar Rusiya qoşunlarına təhvil verildi
Birləşmiş Aviasiya Korporasiyası yeni “Su-57” və “Su-35S” qırıcı partiyasını Rusiya Aerokosmik Qüvvələrinə təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.
"Beşinci nəsil qırıcılar texniki heyət tərəfindən qəbul edilib. Qırıcılar Rusiya Müdafiə Nazirliyinin pilotları tərəfindən müxtəlif iş rejimlərində sınaqdan keçirilib" deyə bildirilib.
Töhfə Səməd
tag: Birləşmiş Aviasiya Korporasiyası, Su-57, Su-35S,Qırıcılar ,Rusiya ,todaypress.az,