Yeni Papa Ukraynanı prioritet sayır
ABŞ-dən olan kardinal Robert Prevostun Roma Papası seçilənədək Ukraynaya xüsusi diqqət yetirdiyi bildirilib.
TodayPress xəbər verir ki, bu barədə “Obozrevatel”ə müsahibəsində Roma Katolik Kilsəsinin Kiyev-Jitomir yeparxiyasının yepiskopu Vitali Krivitski məlumat verib.
Onun sözlərinə görə, Prevost öz vəzlərində və çıxışlarında, dünyanın müxtəlif böhran nöqtələrinə baxmayaraq, Ukraynaya hər dəfə az da olsa toxunurdu:
“Düşünürəm ki, o, Ukraynadakı vəziyyəti anlayan kilsə iyerarxiyası təmsilçilərindəndir və müvafiq qərarlar qəbul edəcək”.
Qiymət Mahir
tag: Papa,Roma,Vatikan,Ukrayna,todaypress.az,