Yeni Kaledoniyada komendant saatı uzadıldı

Dünya

12.07.2024 18:20

Fransa administrasiyası xalqın qanuni tələblərini güc yolu ilə boğmaq üçün təhlükəsizlik qüvvələrinə əlavə təchizat göndərdikdən sonra Yeni Kaledoniyada məhdudlaşdırıcı tədbirlərini davam etdirir.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, Yeni Kaledoniya Ali Komissiyasının yaydığı açıqlamaya görə, qüvvədə olan komendant saatı iyulun 22-dək uzadılıb. 

Adada eyni tarixə qədər silah satışı və daşınması, o cümlədən spirtli içkilərin satışı ilə bağlı qadağalar davam edəcək.

Qeyd edək ki, Paris administrasiyası daha əvvəl adada komendant saatının iyulun 15-dək uzadıldığını bildirmişdi.  

Günəş Mərd

tag: Fransa, Kaledoniya, Paris, Komendant Saatı, Silah, todaypress.az,