Yeni Kaledoniyada iğtişaşlar: 10 nəfər saxlanıldı

Dünya

25.06.2024 15:47

Yeni Kaledoniyada baş verən iğtişaşlar zamanı 10 nəfər saxlanılıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, saxlanılan fəallardan ikisi etirazları sifariş verməkdə şübhəli bilinir. 

Qeyd edək ki, bu gün Yeni Kaledoniya ərazilərində yeni iğtişaşlar baş verib və bir neçə bina yandırılıb.

Yeni Kaledoniyanın beynəlxalq hava limanı bu həftə yenidən fəaliyyətini bərpa etsə də, komendant saatı hələ də qüvvədədir.  

Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Buna səbəb Fransa Prezidenti Emmanuel Makronun 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı olub. Yerli əhali bu qərarın əleyhinə çıxıb.  

Günəş Mərd

tag: Yeni Kolidoniya, İğtişaşlar, Fransa, Emmanuel Makron, todaypress.az,