Yeni Kaledoniyada etirazçılarla polislər arasında toqquşmalar baş verdi

Dünya

24.06.2024 12:00

Fransanın Yeni Kaledoniya ərazisində iyunun 24-də gecə saatlarında etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb.

TodayPress xəbər verir ki, bu barədə BFMTV kanalı Ali Komissarlığa istinadən məlumat yayıb.

Bölgədə vəziyyətin hələ də gərgin olduğu bildirilib. Qeyd edilib ki, Pen və Mare adaları daxil olmaqla, bütün Yeni Kaledoniyada iğtişaşlar baş verib. Bir çox məktəb təhlükəsizlik səbəbi ilə bağlanıb.

Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Bunun səbəbi Parisin 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

tag: Yeni Kaledoniya, Toqquşma, Fransa, Polis, Etirazçılar, todaypress.az,