Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatdı

Dünya

10.07.2024 13:40

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb. 

TodayPress xəbər verir ki, bu barədə “AFP” agentliyi prokurorluğa istinadən məlumat yayıb.

“İyulun 10-da Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının əməkdaşları 1 nəfəri öldürüb. Bununla da, təxminən iki ay əvvəl arxipelaqda başlayan etirazlar zamanı ölənlərin sayı 10-a çatıb” deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü ilin may ayında Yeni Kaledoniyada Fransadan müstəqillik tələb edənlərin etirazları başlayıb. Fövqəladə vəziyyət mayın 13-dən 27-dək davam edib.

tag: Fransa, Yeni Kaledoniya, Etirazlar, Fövqəladə vəziyyət, Dünya, todaypress.az,