Yeni gizli qırıcı nümayiş olunacaq

Dünya

05.11.2024 12:40

Çin Xalq Respublikası (ÇXR) noyabrın 12-dən 17-dək keçiriləcək “Zhuhai” Aviasiya Sərgisində yeni “J-35A” gizli qırıcı təyyarəsini nümayiş etdirəcək. 

TodayPress “CTK”ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Hava Qüvvələrinin texnika şöbəsinin nümayəndəsi Niu Venbo məlumat verib.

"J-35A” orta ölçülü çoxməqsədli gizli qırıcı 15-ci Çin Hava Şousunda nümayiş etdiriləcək" Venbo bildirib.

Bununla da Çin eyni anda iki görünməz qırıcıya – “J-20” və “J-35A”ya sahib olacaq. 

Günəş Mərd

tag: Çin, ÇXR, Zhuhai, J-35A, Hərbi Hava Qüvvələri, todaypress.az,