Yeni çoxfunksiyalı “Su-30SM2” Rusiyaya təhvil verildi

Dünya

10.08.2024 11:11

Yeni çoxfunksiyalı “Su-30SM2” qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

TodayPress xəbər verir ki, bu barədə “Birləşmiş Aviasiya Korporasiyası” məlumat yayıb.

Xatırladaq ki, Rusiyanın modernləşdirilmiş “Su-30SM2” qırıcısı ilk uçuşunu 2020-ci ilin sonunda edib. Qırıcı təyyarələr “hava-hava”, “hava-yer” tipli raketləri və idarə olunan bombalar da daxil olmaqla, çoxlu sayda silah daşımaq qabiliyyətindədilər.

Töhfə Səməd

tag: Su-30SM2,Birləşmiş Aviasiya Korporasiyası,Rusiya, Qırıcı Təyyarələr, Bombalar, todaypress.az,