Yeni BRICS İnkişaf Bankı Rusiyaya milyardlarla dollar kredit verəcək

Dünya

02.12.2024 10:00

Yeni BRICS İnkişaf Bankı Rusiyadakı layihələr üçün 1,2 milyard dollar kredit verəcək. 

TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Qeyd olunub ki, hazırda Rusiyada mədəni və tarixi irsin qorunması, su təchizatı sisteminin modernləşdirilməsi, həmçinin məhkəmələrin inkişafına yönəlmiş dörd layihə həyata keçirilir.

Mütəxəssislərin fikrincə, maliyyələşdirmə müstəqil fondlar və bankla rəsmi əlaqəsi olmayan, lakin onun iştirakçıları ilə bağlı olan təşkilatlar vasitəsilə də həyata keçə bilər.

Töhfə Səməd

tag: BRICS,Rusiya,Mütəxəssislər,İnkişaf Bankı,todaypress.az,