Yeni Baş nazir Avropa ilə yaxınlaşır
Dünya
10.07.2024 17:14
"Böyük Britaniya Avropa ilə münasibətlərini yenidən tənzimləməyə çalışır".
TodayPress xəbər verir ki, bunu Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammitdə Böyük Britaniyanın yeni Baş naziri Keir Starmer deyib.
“Brüssellə müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq bizim üçün həqiqətən vacibdir. Hesab edirəm ki, Aİ ilə müdafiə və təhlükəsizlik əlaqələrimizin daha da yaxşılaşdırılması üçün imkanlar var. Düşünürəm ki, bu, NATO-nu tamamlayacaq. Şimali Atlantika Müqaviləsi Təşkilatı hələ də Avropada müdafiənin təməl daşıdır” deyə Starmer bildirib.
O, həmçinin NATO-nun digər üzvlərini də hərbi xərclərini artırmağa çağırıb.
Günəş Mərd
tag: Baş Nazir, Avropa, Brüssel, NATO, Əməkdaşlıq, Şimali Atlantika, todaypress.az,