Yeni anti-Rusiya sanksiyalar paketinin təsdiq olunma tarixi açıqlandı
Dünya
13.12.2024 19:30
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri dekabrın 16-da keçiriləcək iclasda Rusiya tərəfindən iddia edilən “hibrid hərəkətlər” üçün yeni tədbirləri özündə əks etdirən 15-ci anti-Rusiya sanksiyalar paketini təsdiq edəcəklər.
TodayPress xəbər verir ki, bu barədə "TASS" yüksək səviyyəli avropalı diplomata istinadən məlumat yayıb.
“Biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini və hibrid hərəkətlər üçün yeni qara siyahını təsdiq edəcəyik” deyə adı açıqlanmayan diplomat bildirib. O yeni “qara siyahı”nın təfərrüatlarını açıqlamayıb.
Əvvəllər bildirilmişdi ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 15-ci paketi Avropa Komissiyasının müəyyən etdiyi gömrük sanksiyaları qaydalarından yan keçməklə Rusiya yüklərinin, ilk növbədə neftin daşınmasında iştirak edən üçüncü ölkələrin gəmilərinə qarşı məhdudlaşdırıcı tədbirləri əhatə edəcək.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Rusiya ,Sanksiya,Qara siyahı,todaypress.az,