Yəmənin paytaxtına hava zərbələri endirildi
Dünya
19.12.2024 09:33
Yəmənin paytaxtı Səna şəhərinə aviazərbələr endirilib.
TodayPress xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumqtda paytaxtın cənubunda və şimalında yerləşən Həziz və Dahaban mərkəzi elektrik stansiyalarına hücum edildiyi bildirilib.
Bundan əlavə, ölkənin qərbində yerləşən Hudeyda əyaləti də hava zərbələrinə məruz qalıb. Hudeyda limanına dörd dəfə, Ras-İssadakı neft çənlərinə isə iki dəfə hücum edilib.
Günəş Mərd
tag: Yəmən,Zərbə,Liman,Səna,Todaypress.az,