Yəməndən İsrailə raket hücumu oldu

Dünya

31.12.2024 09:55

İsrail ordusu Yəməndən atılan ballistik raket səbəbilə ölkədə sirenlərin çalındığını və insanlara sığınacaqda gizlənmək tövsiyə olunduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, ordudan verilən açıqlamada raketin uğurla məhv edildiyi bildirilib.

İsrail Müdafiə Qüvvələri həmçinin raketin hissələrinin Beyt Şemeş şəhərinə düşdüyünü açıqlayıb.

İsrail mətbuatı hücum nəticəsində ciddi dağıntıların yaşanmadığını açıqlayıb.

Hücumun Yəməndə İsrailə qarşı mübarizə apardığını deyən İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi ehtimal edilir.

tag: İsrail ,Yəmən,Müdafiə Qüvvələri,Beyt Şemeş,Hücum,İran,todaypress.az,