Yəməndə uşaqların 50 faizi açlıqdan əziyyət çəkir

Dünya

29.07.2024 11:05

“Uşaqların yüzdə 50-si qida çatışmazlığından, 21 faizi isə düzgün qidalana bilmədiyi üçün nanizm (boy artımının ləngiməsi) xəstəliyindən əziyyət çəkir”.

TodayPress xəbər verir ki, bu sözləri Yəmənin Baş naziri Əhməd Avad bin Mübarək deyib.

Onun sözlərinə görə, bu rəqəmlərə ciddi diqqət yetirilməli, bütün plan, proqram və xərclərdə onlara üstünlük verilməlidir. Lakin ölkədə vətəndaş müharibəsi səbəbindən hökumətin bu problemlərin həllində maliyyə və iqtisadi çətinliklərlə üzləşdiyini bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarına əsasən təxminən 33 milyon əhalisi olan Yəmənin əksəriyyətinin humanitar yardıma ehtiyacı var.

Töhfə Səməd

tag: Yəmən, Uşaqlar, Əhməd Avad, BMT,Qida, todaypress.az,