Yəməndə qazdoldurma stansiyasında partlayış oldu, ölənlər var

Dünya

12.01.2025 17:30

Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayış baş verib. 15 nəfər ölüb, azı 67 nəfər xəsarət alıb.

TodayPress xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan "SABA" agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Al Mashhad” portalının məlumatına görə, Əz-Zahir rayonunun Əl-Məcriş bölgəsində dörd qazdoldurma qurğusu partlayıb. Yaralıların sayı 70 nəfəri keçib, onlar tibb müəssisələrinə yerləşdirilib. “Əs-Saura” xəstəxanası çoxsaylı yaralılar səbəbindən yerli sakinləri qan verməyə çağırıb.

tag: Yəmən,Əl-Beyda,Ənsar Allah,Partlayış,Qazdoldurma,todaypress.az,