Yəməndə daşqınlar 16 nəfərin həyatına son qoydu
Dünya
30.08.2024 07:23
Yəmənin Mahvit əyalətində daşqınlar nəticəsində 16
nəfər ölüb, 20-dən çox insan itkin düşüb.
TodayPress xəbər verir ki, bu
barədə "Al Masirah" telekanalı yerli hakimiyyət nümayəndəsinə
istinadən məlumat yayıb.
Mülki müdafiə qüvvələri bir gün əvvəl selin baş
verdiyi Malxan ərazisində 16 nəfərin meyitini aşkar edib, hazırda 22 nəfər
itkin düşmüş hesab olunur.
Güclü yağışın səbəb olduğu daşqınlar husilərin
nəzarətində olan Mahvit və qonşu Hodeyda əyalətlərində dağıntılara səbəb olub.
tag: Yəmən,Ekologiya,Sel,Daşqın, Malxan,todaypress.az,