Yəmən yaxınlığında gəmiyə hücum edildi
Dünya
13.08.2024 09:32
Yəmənin Hudeydə limanı yaxınlığında gəmiyə hücum edilib.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) öz saytında məlumat yayıb.
Qeyd edilir ki, hadisə Hudeydədən 63 dəniz mili cənub-qərbdə baş verib.
Gəminin və heyətin təhlükəsiz vəziyyətdə olduğu vurğulanıb.
Digər gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət müşahidə edilərsə, dərhal bu barədə UKMTO-ya məlumat vermək tövsiyə olunub.
Günəş Mərd
tag: Yəmən, Hudey,UKMTO, Gəmi,Böyük Britaniya, todaypress.az,