Yəmən sahillərində gəmiyə növbəti hücum cəhdi oldu

Dünya

10.07.2024 11:00

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmənin Moha (Mokka) limanı yaxınlığında gəmiyə hücum edildiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“UKMTO Yəmənin Moha şəhərindən 40 dəniz mili (təxminən 74 km) cənubda insident barədə məlumat alıb” deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, hadisə hücum kimi təsnif edilir və səlahiyyətlilər araşdırma aparır.

tag: Yəmən Sahilləri, Moha Şəhəri, Dəniz Ticarət, UKMTO,Böyük Britaniya, todaypress.az,