Yəmən sahillərində gəmiyə hücum edildi

Dünya

22.08.2024 09:34

Yəmənin Ədən şəhərindən 57 dəniz mili cənubda olan gəmi naməlum mərmi ilə hücuma məruz qalıb. 

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytında bildirilir. 

"Kapitan gəminin yaxınlığında daha iki partlayış olduğunu bildirib" deyə UKMTO yayımlayıb. 

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl husilər Yəmənin Moha limanı sahillərində Britaniya gəmisinə hücum edib. Amma gəmi təyinat limanına doğru hərəkət edə bilib.

Günəş Mərd

tag: Yəmən, Hücum, Kapitan, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi,Partlayış,todaypress.az,