Yəmən hökuməti husilərlə razılaşdı
Dünya
23.07.2024 18:10
Yəmən hökuməti və husilərlə bank məhdudiyyətlərini aradan qaldırmaq, eləcə də “Yemenia Airways”dən uçuşları bərpa etmək barədə razılığa gəliblər. Aviaşirkət üsyançıların nəzarətində olan Sənadan uçuşlar həyata keçirə biləcək.
TodayPress “TASS” məlumat yayıb.
Qeyd edək ki, yeni razılaşma hər iki tərəfin bankları ilə bağlı bütün son qərar və prosedurların ləğvini nəzərdə tutur. Bundan əlavə, onlar bütün iqtisadi və humanitar problemləri müzakirə etmək üçün görüşlər keçirməyə razılaşıblar.
Günəş Mərd
tag: Yəmən, Hökumət, İqtisadi, Siyasi, todaypress.az,