Yəhya Sinvarın ölümünün təfərrüatları açıqlandı

Dünya

18.10.2024 18:05

1224

HƏMAS-ın Siyasi Bürosunun lideri Yəhya Sinvar tank mərmisi ilə öldürülüb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi nümayəndəsi Anna Ukolova bildirib.

“Əsgərlər tapşırıq yerinə yetirərkən üç terrorçu ilə rastlaşıblar. Atışma başlayıb. Onlardan biri başqa binaya gedib. O, pilotsuz uçuş aparatı ilə aşkar edilib və sonra tankdan binaya atəş açıb” deyə silahlı qüvvələrin sözçüsü bildirib.

Ukolova belə bir vəziyyətin Sinvarın davamlı hərəkətləri səbəbindən yarandığını deyib. 

Qeyd edək ki, İsaril qüvvələri tərəfindən təqib edildiyi üçün Sinvar daim yerini dəyişirdi.

Töhfə Səməd

tag: HƏMAS, Yəhya Sinvar, İsrail, Qəzza, todaypress.az,