Yayın əvvəlində Rusiyanın bu vilayətinə qar yağdı

Dünya

08.06.2024 20:20

1499

Rusiyanın Maqadan vilayətinə qar yağıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi Telegram-da məlumat yayıb .

Qurum “Yay ​​bizi heyrətləndirməyə davam edir. Bu gün Maqadanın bəzi ərazilərinə və Olsk bələdiyyəsinə qar yağıb”  qeydi ilə paylaşım edib.

Bazar günü Maqadanda havanın temperaturunun 6 dərəcə selsiyə çatacağı bildirilib.

GÜNEL

 

tag: Rusiya, Maqandan vilayəti, Qar , Hava temperaturu, todaypress.az,