Yaxın Şərq yararsız hala düşəcək - İddia

Dünya

20.08.2024 10:52

Amerikalı analitiklər Kristina Bouri və Stefan Kuk iqlim dəyişikliyinin Yaxın Şərqi yaşayış üçün yararsız hala gətirəcəyini iddia ediblər. 

TodayPress xəbər verir ki, onların əldə etdikləri nəticələr “Foreign Policy” jurnalında dərc olunub. 

Ekspertlər qeyd ediblər ki, regionda anomal yüksək temperatur müşahidə olunur ki, bu da artıq insanların həyatına mənfi təsir göstərir. 

Analitiklər xəbərdarlıq edirlər ki, davamlı istilər quraqlıq və su çatışmazlığı da daxil olmaqla, əhəmiyyətli problemlərə gətirib çıxaracaq ki, bu da susuzlaşmaya və xəstəliyin yayılmasına səbəb ola bilər.

"Bu bölgənin bir çox sakini Avropaya sığına bilər" deyə Bouri və Kuk qeyd ediblər. 

Günəş Mərd

tag: Yaxın Şərq, Analitik, Avropa,Bouri, Kuk, todaypress.az,