“Yaxın Şərq münaqişəsində ABŞ-nin rolu məhdudlaşır”

Dünya

28.10.2024 18:20

ABŞ tədricən Yaxın Şərqdə aparıcı rolunu itirir, İsrail isə getdikcə daha çox regionda hadisələrin gedişatını müəyyənləşdirir. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb. 

Nəşr qeyd edir ki, Vaşinqton çoxdandır ki, özünü Yaxın Şərqdə əsas oyunçu hesab edir, həmişə uğurlu olmasa da, cəsarətlə hərəkət edir. Lakin indi, İsrail Livandakı “Hizbullah”, Qəzza zolağında HƏMAS və İrandakı hədəfləri vurduqca, Bayden Administrasiyasının təsir gücü azalır. 

Con Hopkins Universitetinin Yaxın Şərq üzrə eksperti Vali Nəsr hesab edir ki, ABŞ-nin Çin və Rusiya kimi rəqibləri Vaşinqtonun İsraili və bütövlükdə regionda artan münaqişəni cilovlaya bilməməsinə diqqət yetirir. Bundan əlavə, ekspert xəbərdarlıq edir ki, Yaxın Şərqdə münaqişənin miqyasının artması Ağ Evi həmin regiona sürükləyəcək. 

Töhfə Səməd

tag: ABŞ, Yaxın Şərq, Çin, Rusiya, Ağ Ev, todaypress.az,