Yaxın Şərq böyük müharibə astanasındadır
Dünya
31.10.2024 15:50
“ABŞ-nin Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanasına gətirib çıxardı, Vaşinqton münaqişənin həlli istiqamətində istənilən cəhdləri əngəlləyir”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransının plenar iclasında deyib.
“Avrasiyanın Yaxın Şərq hissəsində vəziyyət daha dramatik şəkildə inkişaf edir. ABŞ-nin İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi sazişlərdən birtərəfli qaydada çıxması və Vaşinqtonun israrlı istəyi nəticəsində region tam sabitliyin pozulması və böyük müharibə astanasındadır. ABŞ Prezidenti Cozef Bayden administrasiyası faciənin sona çatması üçün istənilən səyləri əngəlləyir” deyə o, bildirib.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Rusiya terrorizmi bütün təzahürlərində pisləyir, lakin eyni zamanda Qəzza və İordan çayının qərb sahili sakinlərinin kütləvi formada qətl edilməsini qəti şəkildə qəbul etmir.
Töhfə Səməd
tag: Yaxın Şərq, ABŞ, Bayden, Rusiya, Qəzza, todaypress.az,