Yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlar üçün həlledici ola bilər

Dünya

18.12.2024 19:30

2583

HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, həmçinin anklavda saxlanılan yaşlı insanları və qadın hərbi qulluqçularını azad etməyə razılaşdığı iddia olunur.

TodayPress xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlar üçün həlledici ola bilər.

Kanal iddia edir ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində anklavda hərbi əməliyyatların tamamilə dayandırılması tələbindən imtina edib, lakin israr edir ki, Qəzzanın şimal rayonlarının sakinləri İsrail hərbçiləri tərəfindən əlavə axtarışlar aparılmadan evlərinə qayıtmaq imkanı əldə etməlidirlər.

tag: HƏMAS,Qəzza ,İsrail,Əsir,Mübadilə,todaypress.az,