“Yaşıl kərtənkələ ordusu” ABŞ-yə hücum etdi
“Yaşıl kərtənkələ ordusu” ABŞ-nin Florida ştatının cənubunu zəbt edib.
TodayPress xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Sürünənlər artıq ərazidə 16 elektrik enerjisinin kəsilməsinə səbəb olub. Onlar məftilləri çeynəyir, bağları məhv edir, çayların və göllərin sahillərini korlayır. Həmçinin, Florida ştatında invaziv növ olan iquanalar hovuzlara və tualetlərə girərək sakinləri qorxudurlar.
İquanalar adətən ağaclarda yatırlar. Gecələr, temperatur aşağı düşəndə, onlar floridiyalıların başlarına düşürlər.
Mütəxəssislər xəbərdarlıq edir ki, hündürlükdən bir insanın üzərinə düşən bu böyük kərtənkələlər ciddi xəsarətlərə səbəb ola bilərlər.
Günəş Mərd
tag: ABŞ,Yaşıl Kərtənkələ, Florida,Elektrik Enerjisi, todaypress.az,