Yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatdı

Dünya

02.07.2024 23:23

Misirin cənubunda yerləşən Asyut qubernatorluğunda üç mərtəbəli yaşayış binanın çökməsi nəticəsində həlak olanların sayı 14-ə çatıb, daha 6 sakin isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə əyalətin media bürosunun verdiyi məlumata qeyd olunub.

“Təhlükəsizliyini təmin etmək üçün qonşu evlərə baxış keçirilib, qəzalı vəziyyətə düşmüş evlərin bir qismi təxliyyə edilib, vətəndaşların həyatını xilas etmək üçün zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilib”,media idarəsindən bildirilib.

tag: Misir, Qubernatorluq, Bina,todaypress.az,Asyut,