Yarım əsr günahsız yerə həbs edildi! - 7 milyonluq təzminat
Dünya
15.08.2024 11:20
ABŞ-də 48 ildən sonra günahsız olduğu ortaya çıxaraq, həbsdən azad edilən afro-amerikalı Qlin Simmonsa ödəniləcək təzminatın məbləği açıqlanıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, 71 yaşlı Simmons törətmədiyi qətlə görə, ABŞ-nin Oklahoma ştatında təxminən yarım əsr dəmir barmaqlıqlar arxasında keçirdiyinə görə 7,15 milyon dollar təzminat alacaq.
Keçən il bəraət alan Simmons, haqsız yerə uzun müddət həbs edilən məhbus kimi ABŞ tarixinə düşüb.
Qeyd edək ki, Simmons 48 il 1 ay 18 gün həbsdə olduqdan sonra sərbəst buraxılıb və Oklahoma ştatının Edmond şəhəri və həbsində rolu olan polis müfəttişinə qarşı iddia qaldırıb.
Günəş Mərd
tag: ABŞ, Oklahoma, Simmons, Polis, Həbs, todaypress.az,