Yaponiyanın xarici işlər naziri Ukraynaya səfər edəcək
Dünya
16.11.2024 10:03
Yaponiyanın xarici işlər naziri Takesi İvaya Ukraynaya səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İvayanın Ukraynaya səfəri bundan əvvəl elan edilməyib.
"Ukraynaya səfəri zamanı xarici işlər naziri şəxsən Yaponiyanın Ukraynaya qətiyyətlə dəstəyini və Rusiyaya qarşı sərt sanksiyaların təşviqinə davam etmək niyyətini bəyan edəcək" nazirliyin məlumatında bildirilir.
Onun Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlar aparacağı, tərəflərin geniş mövzuları müzakirə etməyi planlaşdırdığı vurğulanır.
tag: Yaponiya, Ukrayna, Rusiya, Andrey Sibiqa,Takesi İvaya, todaypress.az,