Yaponiyanın Kiyev üçün 200 milyonluq bərpa layihəsi

Dünya

20.08.2024 17:05

Ukrayna İqtisadiyyat Nazirliyi yaxın vaxtlarda ölkədə açılacaq Yaponiya Xarici Ticarət Təşkilatının (JETRO) nümayəndəliyini qeydiyyatdan keçirib.

TodayPress xəbər verir ki, bu barədə “İnterfax Ukrayna” məlumat yayıb. 

“Ukraynada JETRO nümayəndəliyinin açılması strateji addımdır. Bu, Yaponiya hökuməti ilə məhsuldar danışıqların nəticəsidir və ölkələrimiz arasında əməkdaşlığın yeni dövrünün başlanğıcını göstərir. Biz Yapon investisiyalarını cəlb edəcək və Ukrayna ilə Yaponiya şirkətləri arasında güclü tərəfdaşlığı təşviq edəcək cəlbedici biznes mühiti yaratmağa çalışırıq” deyə Ukraynanın İqtisadiyyat nazirinin müavini açıqlayıb. 

Onun sözlərinə görə, Yaponiya Ukraynada iqtisadi bərpa layihələri üçün 188 milyon dollar ayırmağı planlaşdırır. Burada əsas diqqət enerji, mənzil-kommunal xidmətləri, mühüm infrastruktur, humanitar minatəmizləmə və biznes dəstəyinə yönəldilib.

Töhfə Səməd

tag: Ukrayna, Yaponiya, JETRO,Ukrayna İqtisadiyyat Nazirliyi, Kiyev, todaypress.az,