Yaponiyanın fəxri imperatoru xəstəxanaya yerləşdirildi

Dünya

06.05.2025 17:30

12

Yaponiyanın fəxri imperatoru Akihito ürəyin işemik xəstəliyindən şübhə olunduğu üçün xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə məlumatı “NHK” telekanalı yayıb.

Məlumata görə, aprelin ortalarında Tokiodakı İmperator Sarayı xəstəxanasında planlı müayinədən keçən Akihitoda koronar arteriyalardan ürəyə qan axınının zəifləməsi əlamətləri aşkarlanıb. Müayinənin ilkin mərhələsində heç bir simptom müşahidə olunmasa da, təkrar analizlər riski üzə çıxarıb.

Hazırda 91 yaşında olan fəxri imperator Tokiodakı Universitet Xəstəxanasına yerləşdirilib. Qeyd olunur ki, Akihitoya 78 yaşında sağ mədəcik çatışmazlığı diaqnozu qoyulmuşdu və o vaxtdan etibarən dərman qəbul edir, həmçinin maye qəbulunu məhdudlaşdırıb. Sonradan ona aortokoronar şuntlama əməliyyatı da icra olunmuşdu.

Qiymət Mahir

tag: Yaponiya,İmperator,Xəstəlik,Xəstəxana,todaypress.az,