Yaponiyanın Baş naziri istefa verəcək

Dünya

14.08.2024 09:46

Yaponiyanın Baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının (LDP) sədri postuna namizəd olmayacaq.

TodayPress, "Kyodo"ya istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib. 

Kişida keçirdiyi mətbuat konfransında qərarının "LDP-nin dəyişəcəyini göstərən ilk addım" olduğunu bildirib. 

Qeyd edək ki, o, 2021-ci ildən Baş nazir vəzifəsində çalışır.

Günəş Mərd

tag: LDP, Baş Nazir,Fumio Kişi,Yaponiya, İstefa, todaypress.az,