Yaponiyada zəlzələ baş verdi: Sunami təhlükəsi elan edildi
Dünya
13.01.2025 17:53
Yaponiyanın Kyuysu adasının şərq sahilində Filippin dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
ABŞ Geoloji Xidməti zəlzələni 6,9 maqnitudada qiymətləndirib.
Zəlzələnin episentri Miyadzaki prefekturasının yaxınlığında 30 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra Yaponiya hakimiyyəti Miyadzaki və Koti prefekturaları üçün sunami təhlükəsi elan edib.
tag: Filippin, Yaponiya, Zəlzələ, Sunami, todaypress.az,