Yaponiyada zəlzələ baş verdi
Dünya
28.12.2024 08:42
Yaponiyanın Honsyu
adasının sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər
verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Təbii hadisənin episentri
Fukusima prefekturasına yaxın olub, zəlzələnin ocağı isə 40 km dərinlikdə
yerləşib.
Tələfat və dağıntılar
barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
tag: Yaponiya, Honsyu, Fukusima, Təbii Fəlakət, Təlafat, Dağıntı, todaypress.az,