Yaponiyada yeni təhlükəli xəstəlik - 2 gün ərzində öldürür
Dünya
16.06.2024 17:50
Yaponiyada ət yeyən streptokok bakteriyası ilə xəstələnənlərin sayı getdikcə artır.
TodayPress Yaponiya mediasına istinadla xəbər verir ki, Tokio Tibb Universitetinin professoru Ken Kikuçi, "Xəstəliyin indiki yayılma sürətini nəzərə alsaq, Yaponiyada 2024-cü ilin sonuna qədər xəstələrin sayı 2500-ə çata bilər” deyə bildirib.
Yeni yayılan virusun insan həyatı üçün olduqca təhlükəli olduğunu, yoluxan insanları iki gün ərzində öldürdüyünü qeyd edən yapon infeksionistləri iyunun əvvəlinə ölkədə 977 yoluxma halının aşkarlandığını deyib. Xəstəliyin bakteriyaların bütün bədənə yayılma sürətinin son dərəcə yüksək olduğu qeyd edilir.
May ayında həkimlər tərəfindən 801 yoluxma halının qeydə alındığı bildirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,76 dəfə çoxdur.
GÜNEL
tag: Yaponiya, Xəstəlik, Virus, Yoluxma, todaypress.az,