Yaponiyada raketin sınağı zamanı yanğın baş verdi

Dünya

26.11.2024 09:41

2238

Yaponiyanın “Epsilon S” raketinin mühərrikinin sınağı zamanı yanğın olub.

TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası (NHK) məlumat yayıb.

Məlumata görə, hadisə Taneqasima kosmodromunda (Kaqosima prefekturası) baş verib.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir, kosmodromda quraşdırılmış kameranın görüntülərində tüstü görünür.

“Epsilon” seriyalı bərk yanacaqlı üç mərhələli raket Yaponiya Aerokosmik Agentliyi (JAXA) tərəfindən ölkənin IHI aviasiya korporasiyası ilə birlikdə hazırlanıb.

Yaponiya 2013-cü ildən bəri kiçik peyklər buraxmaq üçün bu cür raketlərdən istifadə edir, “Epsilon S” onun son modifikasiyasıdır.

tag: Yaponiya,Taneqasima, Xəsarət, Epsilon, todaypress.az,