Yaponiyada leysan yağışları davam edir
Dünya
25.09.2024 13:22
Güclü leysan yağışları Yaponiyanı bürüdü.
TodayPress xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Yağan yağışlar şəhər və məhəllələrin xarici dünya ilə əlaqəsini kəsib. Sel və ağacların uçması nəticəsində 367 vətəndaş təcrid olunub. Daşqınlardan zərər çəkən evlərin sayı hələ də dəqiqləşdirilir.
Vacima bölgəsində müvəqqəti yaşayış obyekti quraşdırılıb. Yerli sakinlər hakimiyyətdən şəhərdən kənarda kütləvi evakuasiya təşkil etməyi xahiş ediblər.
Son məlumatlara görə, 9 nəfər təbii fəlakətdən sağ çıxa bilməyib. İki nəfər hələ də itkin düşüb.
Töhfə Səməd
tag: Yaponiya ,Leysan, Yağışlar ,Vacima ,İnsanlar, Fəlakət, todaypress.az,