Yaponiyada işdəki stressə görə 15 nəfər intihar etdi
Dünya
22.11.2024 05:47
2023-cü ildə Yaponiyada iş yerində ağır stress keçirərək psixi pozğunluqlar
yaşayan insanların sayı rekord həddə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah
Nazirliyinin məlumat yayıb.
2023-cü ildə iş yerində artan stress səbəbilə psixi pozğunluqlar, o
cümlədən depressiya səbəbi kimi ilə rəsmi diaqnoz qoyulanların sayı 883-ə
çatıb. Bu, müvafiq statistik məlumatlar toplanandan bəri ən yüksək
göstəricidir.
Üstəlik, onların arasında rəhbər vəzifələrdə çalışan 52 nəfər var. Bir il
ərzində bu rəqəm 15 nəfər artaraq tarixdə ən yüksək göstərici olub. İş
yerindəki stress 15 nəfəri intihara sürükləyib - bir il əvvəlkindən 4 nəfər
çox.
Mütəxəssislər qeyd ediblər ki, son illərdə Yaponiyada orta səviyyəli
menecerlər öz rəhbərləri tərəfindən artan təzyiqlərə məruz qalıblar, çünki
onlardan bir tərəfdən məhsuldarlığı qorumaq və ya hətta artırmaqla yanaşı, öz
iş mədəniyyətlərində islahatlar aparmaq və tabeliyində olanların iş saatlarını
azaltmaq tələb olunur.
tag: Yaponiya, İş, Stress, İntihar, todaypress.az,