Yaponiyada güclü zəlzələ oldu
Dünya
07.01.2025 13:30
Yaponiyada 6 maqnitudalı zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeandakı ucqar Tori adalarında, ocağı isə 420 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat hələ ki, daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
tag: Yaponiya, Zəlzələ, Tori, Sunami, todaypress.az,