Yaponiyada güclü zəlzələ gözlənilir
Dünya
16.01.2025 09:25
Yaponiyanın cənubunda güclü zəlzələ ehtimalı 80%-ə yüksəlib.
Yaponiyada Honsyu adasının cənub-şərqində Nankay qırağı ərazisində 8-9 bal gücündə güclü zəlzələnin baş vermə ehtimalı artıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin seysmik aktivliyin tədqiqi üzrə komissiyasının hesabatında bildirilib.
"Yaxın 30 ildə belə bir zəlzələnin baş vermə ehtimalı 80% qiymətləndirilir. Hesablamalara görə, 323 min insan bu zəlzələdən sağ çıxa bilməyəcək" hesabatda vurğulanıb.
Analitiklər qeyd ediblər ki, 40 il ərzində belə təbii fəlakət 90%, 50 il ərzində isə 90%-dən çox ehtimalla baş verə bilər.
Qeyd edək ki, Nankay qırağında 8 bal gücündə sonuncu güclü zəlzələlərdən biri 21 dekabr 1946-cı ildə baş verib.
Günəş Mərd
tag: Yaponiya ,Zəlzələ ,Fəlakət, Ehtimal, todaypress.az,