Yaponiyada güclü zəlzələ baş verdi - AES-də nasazlıq yarandı
Dünya
03.06.2024 11:09
Yaponiyanın
İşikava prefekturasında ardıcıl baş verən 5,9 və 4,8 bal gücündə iki yeraltı təkan
zamanı ilkin məlumata görə, 5 binaya ciddi ziyan dəyib.
Bu
barədə prefektura rəhbərliyi məlumat yayıb.
Bildirilib
ki, ada ərazisindəki atom elektrik stansiyalarından birində müvəqqəti nasazlıq
baş versə də, qısa müddətdə aradan qaldırılıb.
Prefekturanın yüksək dağlıq ərazilərindəki bəzi evlərdə xırda çatlar əmələ gəlib. Hazırda tikinti briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərə cəlb olunub.
Nərmin
Tuncay
tag: Yaponiya, Zəlzələ, İşikava, Ziyan, todaypress.az,