Yaponiyada güclü zəlzələ baş verdi

Dünya

24.11.2024 09:09

Yaponiyanın Honsü adasının şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 220 min insanın yaşadığı Xatinoxe şəhərindən 96 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

tag: Yaponiya,Honsü ,Zəlzələ,Avropa-Aralıq,Seysmoloji Mərkəz,todaypress.az,