Yaponiyada düyü qiymətləri ardıcıl olaraq artır
Yaponiya supermarketlərində 5 kiloqramlıq düyünün orta qiyməti aprelin 13-dək olan həftə ərzində 4 217 yenə (təxminən 30 ABŞ dolları) çatıb. Bu, əvvəlki həftəyə nisbətən 3 yen artım deməkdir və düyü qiymətlərində artım artıq 15 həftədir ki, davam edir.
TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi məlumat yayıb.
Qiymət artımına baxmayaraq, hökumət dövlət ehtiyatlarından bazara düyü buraxsa da, bu tədbir hələlik qiymətlərin sabitləşməsinə səbəb olmayıb.
Ekspertlər bildirirlər ki, ötən ay keçirilən hərracda satılan düyünün böyük hissəsi hələ satış şəbəkələrinə daxil olmayıb.
Qiymət Mahir
tag: Yaponiya,Düyü,Qiymət,Artım,Todaypress.az,